“Əllərində fələstinlilərin qanı var” - Ərdoğandan Netanyahuya sərt sözlər

“Əllərində fələstinlilərin qanı var”
Oxunma sayı: 1112

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan işğalçı İsrailin Baş naziri Binyamin Netanyahunu qatil adlandırıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, Londonda İngiltərə Baş naziri Tereza Meylə keçirdiyi birgə mətbuat konfransında çıxış edib.

Ərdoğan Netanyahuya “Əllərində fələstinlilərin qanı var” deyərək sərt şəkildə tənqid edib:

“Netanyahu müdafiəsiz bir xalqın torpağını Birləşmiş Milllətlər Təşkilatının qətnamələrinə məhəl qoymadan 60 ildən çoxdur işğal altında saxlayan irqçi dövlətin Baş naziridir. Netanyahunun əlində fələstinlilərin qanı vardır və bunu Türkiyəyə olan aqressiyası ilə gizlədə bilməz. İnsanlığa aid dərs almaq istəyirsən? 10 Əmri oxu”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi