Elman Rüstəmov Dünya Bankının direktoru ilə görüşüb

elman-rustemov-dunya-bankinin-direktoru-ile-gorusub
Oxunma sayı: 637

Mərkəzi Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə, əsasən, Dünya Bankının Azərbaycanda həyata keçirdiyi 2011-2014-cü illər üzrə Ölkə Tərəfdaşlıq Strategiyası ətrafında müzakirələr aparılıb. Strategiyanın hazırlanmasında Azərbaycan tərəfinin fəal rol oynadığını vurğulayan Henri Kerali ötən 2 il üzrə aralıq hesabatının hazırlanacağını və növbəti 2 il üçün strategiyanın əsas prioritetlərinin müəyyən ediləcəyini bildirib.
Bununla yanaşı, görüşdə Azərbaycanda iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyi vurğulanıb.
Görüş zamanı Azərbaycan hökuməti ilə Dünya Bankı arasında səmərəli və işgüzar əlaqələrin mövcudluğu yüksək qiymətləndirilib, cari layihələr, o cümlədən, Birgə İqtisadi Tədqiqatlar Proqramının qəbulu ətrafında fikir mübadiləsi aparılıb.

Nigar Məmmədli