Elman Rüstəmov Dünya Bankının regional direktoru ilə görüşüb

Elman Rüstəmov Dünya Bankının regional direktoru ilə görüşüb
Oxunma sayı: 532

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

"Qafqazinfo" xəbər verir ki, görüş zamanı Dünya Bankının Azərbaycandakı fəaliyyəti, mövcud layihə portfeli, həmçinin Dünya Bankının Azərbaycan ilə Ölkə Tərəfdaşlıq Stategiyası çərçivəsində əməkdaşlığın yeni perspektiv istiqamətləri müzakirə olunub.

Ölkədə dayanıqlı inkişafa nail olunmasında Azərbaycan Hökumətinin apardığı strateji iqtisadi islahatların əsas istiqamətlərini təqdirəlayiq hesab edən xanım Tembon bu məqsədlə görülən tədbirlərin Dünya Bankı tərəfindən dəstəkləndiyini qeyd edib. 

Azərbaycanın DB ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan sədr E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, qeyri-neft sektorunun inkişafı, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair ətraflı məlumat verib. E.Rüstəmov qlobal iqtisadi mühit və regional çağırışlar fonunda Azərbaycanın DB ilə əməkdaşlığının daha da dərinləşəcəyinə və ölkəmizin DB-nin institusional təcrübəsindən faydalanacağına ümidli olduğunu bildirdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi