Elman Rüstəmov faizləri aşağı saldı

elman-rustemov-faizleri-asagi-saldi
Oxunma sayı: 4238

Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş  mətbuat konfransı keçirir.

"Qafqazinfo" xəbər verir ki, E. Rüstəmov  bildirib ki, Maliyyə Komitəsinin bu gün keçirilən toplantısında mühüm qərarlar qəbul olunub. Qərarları elan etməzdən əvvəl 2017-ci ilə nəzər salan baş bankir  qeyd edib ki, ölkənin iqtisadi potensialı 3 dəfə artıb:

"Bu illər ərzində ölkədə 100 mindən çox iş yeri yaradılıb. Ölkədə makroiqtisadi sabitlik tam təmin olunub. Xarici balansımız müsbətdir. ÜDM-nin  5 faiz həcmində profisit gözlənilir. Qeyri-neft ixracı artıb. İdxalımızın səviyyəsi tarazlaşıb. Manatın üzən məzənnəyə keçməsi ilin əvvəlindən 4 faiz möhkəmlənib.  Ölkənin valyuta ehtiyatları sürətlə artmaqdadır. Həmçinin Mərkəzi Bankın ehtiyatları 5,4 milyarda gəlib çatıb. İnflyasiyanın səviyyəsi aşağı düşüb. Bu manata olan etibarın artması  nəticəsində baş verib. Hüquqi şəxslərin hesablarında dollarlaşma prosesi hələ də qalmaqdadır".

MB sədri qeyd edib ki, bu gün keçirilən iclasda uçot dərəcəsinin 15%-dən  13%-ə , faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə , aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul edib: " Faiz dəhlizinin parmetrləri haqda qərar faktiki orta illik inflyasiyanın birrəqəmli trayektoriyaya daxil olması, inflyasiyanın azalmasına dair proqnozlar və xarici balansın yaxşılaşması nəzərə alınmaqla qəbul edilib. Bu müsbət meyillərin davam etməsindən asılı olaraq Mərkəzi ban faiz dərəcələrinin real səviyyəsini pozitiv zonada saxlamaqla bundan sonra da azaldılmasını mühüm hesab edir. Qiymtələndirmələrə əsasən yeni iqtisadi tsiklə adekvat olaraq neytral pul siyasətinə tədrici keçid iqtisadi aktivliyə müsbət təsir edəcək".

***

"Biz tam əminik  ki, makroiqtisdi sabitliyin tam təmin olunması üzən məzənnə rejimimdə mümkündür. Bizim tam üzən məzənnəyə keçmək üçün bir sıra amillərimiz  var".

"Qafqazinfo" xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında  deyib. O bildirib ki, valyuta transferlərinin həcmi dayanıqlı formada olmalıdır.  Bu dayanıqlıq yeni büdcə qaydalarına əsasında mümkündür.  Biz bazara valyuta buraxılışının həcmini tam təmin edirik.  Eyni zamanda üzən məzənnə rejiminə sadiqik. Məqsədimiz bütövlükdə valyuta bazarında vəziyyətin sabitləşməsidir. Biz bütovlükədə yeni fiskal siyasətə keçəcəyik. Buna görə də  bazara əhəmiyyətli müdaxiləmiz yoxdur".

Mərkəzi Bankın ehtiyatlarının artmasına toxunan sədr qeyd edib ki, ehtiyatların artması bankların MB-ya borcunun qaytarması nəticəsində mümkün olub: "Biz qaydalı monetar  və fiskal siyasətə keçəcəyik".

Eyni zamanda ölkədə   problemli kreditlər məsələsinə toxunan E. Rüstəmov bildirib ki, bu problem Maliyyə Sabitliyi Şurasının tam diqqətində olan məsələdir: "Biz kursu hədəfləmək rejimində deyilik. Daha az volatilli kurs təmin etmək niyyətindəyik. Sabit kurs məsələsi artıq keçmişdə qaldı. İqtisadiyyatı neftdən asılı olan ölkələr sabit kurs siyasətini təmin edirlər. Biz çalışmalıyıq ki, investorlar orta və uzun müddətli biznes siyasəti qursunlar. Hazırda  monetar siyasəti yumşaltmağa doğru gedirik. Bütövlükdə real faiz dərəcələrinin müsbət zonada olmasını təmin etməliyik.

Kreditlərə olan təlabat yüksəlməlidir ki, banklar da əlavə əmanət cəlb etməyə maraqlı olsun. Bizim məqsədimiz kreditləşmənin aktivliyini yenidən təmim etməkdir. Qorunan əmanətlərin uçot dərəcələri sinxronlaşdırılıb. Faiz dərəcələrinin aşağı düşməsi kreditləşmənin aktivliyini bəyan edən amil olacaq. İlin sonuna valyuta ehtiyatlarımız artacaq. Tədiyyə balansının müsbət olacağı gözlənilir. Buna görə də ehtiyatlarımızın artması gözlənilir. İlin əvvəlindən yeni neft bonusları alırıq. Burada neft amili əsasdır. Yüksək inflaysiya dövründə pul kütləsinin hədəflənməsi rejimində idik. Bu gün artıq pul siyasətinin yumşaldılması istiqamətində qərar qəbul  etdik. Biz əvvəlki illərə nisbətən not hərracları məsələsində diqqətli olmalıyıq. Banklarda likvidlik bu gün də  var. Bu məsələlərə sistemli və kompleks şəklində baxmalıyıq".

Dəmir pullar məsələsinə də toxunan MB sədrinin sözlərinə görə, ötən il dövriyyədə ən çox artan dəmir manatlar olub: " Banklar bu pulları iqtisadiyyata çatdırmaq üçün tənbəllik edir. Biz ticarət sistemi olan təşkilatlarla işləyirik. Bizim əlavə sifarişlərimiz də var. İqtisadiyyat tələb edirsə, biz bunu etməliyik".

Günel Türksoy