Elman Rüstəmov manatın vəziyyətindən danışdı

elman-rustemov-manatin-veziyyetinden-danisdi
Oxunma sayı: 2060

Azərbaycan Mərkəzi Bankı manatın üzən məzənnə rejimindən imtina etmək niyyətində deyil.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu rejim öz effektivliyini təsdiq edib:

"Bu gün biz görürük ki, manatın məzənnəsi möhkəmlənmək istiqamətindədir. Bunun səbəbi odur ki, ödəmə balansının vəziyyəti çox yaxşıdır, neftin qiymətləri münasibdir".

E.Rüstəmovun sözlərinə görə, manatın möhkəmlənməsi potensialı ucuzlaşmaya nisbətən daha çoxdur.