Elman Türkoğlunun oğlu özünü asdı - - Yenilənib

elman-turkoglunun-oglu-ozunu-asdi-
Oxunma sayı: 3146


“Qafqazinfo” xəbər verir ki, bu barədə AnsPress-ə məlumatı KXCP sədrinin müavini Xəzər Teyyublu verib. Hadisə yerində olan X.Teyyublunun sözlərinə görə, M.Həsənli yaşadığı qaçqın yataqxanasında özünü asaraq həyatına son qoyub. Hələlik intiharın səbəbi məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları faktla bağlı araşdırma aparır.

M.Həsənli 1996-cı il fevralın 9-da Bakı şəhərində anadan olub.

Qeyd edək ki, Elman Türkoğlunun digər oğlu Elçibəy Həsənli hazırda hərbi xidmətdədir.

Baş vermiş faciə ilə bağlı bayraqdar Elman Türkoğluya dərin hüznlə baş sağlığı verir, ona Allahdan səbr diləyirik.

***

Yasamal Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, 1996-cı il təvəllüdlü Məhəmmədin Elman oğlu Həsənli yaşadığı Texniki Universitetin yataqxanasının ayaqyolunda özünü asaraq intihar edib. 

Polisdən həmçinin bildirilib ki, iki ay əvvəl M. Həsənlinin bibisi oğlu intihar edib. Mərhum bir neçə dəfə atasına intihar edəcəyini deyib.