Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə görüşdü

Elmar Məmmədyarov Avropa İttifaqının komissarı ilə görüşdü
Oxunma sayı: 681

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

“Qafqazinfo” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Elmar Məmmədyarov prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Brüsselə səfərini xatırladıb, bu səfərin Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığın inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. Nazir Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində bütün tərəfdaş dövlətlərin, o cümlədən Azərbaycanın vahid prinsiplər əsasında beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə ifadə olunan dəstəyin təqdir olunduğunu deyib.

Tərəflər, həmçinin enerji sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi