Elmar Məmmədyarov Avstriyaya getdi

elmar-memmedyarov-avstriyaya-getdi
Oxunma sayı: 772

Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Avstriyaya işgüzar səfərə yola düşüb.

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri, Ermənistanın xarici işlər naziri ilə görüşəcək və ATƏT-in Nazirlər Şurasının dekabrın 7-8-də keçiriləcək 24-cü iclasında iştirak edəcək.

ATƏT-in Nazirlər Şurasının iclasında Elmar Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.