Elmar Məmmədyarov Axmatbek Keldibekovu qəbul edib

elmar-memmedyarov-axmatbek-keldibekovu-qebul-edib
Oxunma sayı: 647

İki xalq arasında dərin mədəni, tarixi, dini köklərin mövcudluğunu vurğulayan Keldibekov ölkələrin biri-birinə dəstək olmalarının vacibliyini və Qırğızıstan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.

E. Məmmədyarov öz növbəsində ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Hər iki ölkənin Avropa ilə Asiyanı birləşdirən tarixi “İpək yolu”-nun üstündə olmasının, nəqliyyat layihələrinin əhəmiyyətini artırdığını qeyd edib. Sonra tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nərgiz Ehlamqızı