Elmar Məmmədyarov BP-nin region üzrə prezidentini qəbul edib

elmar-memmedyarov-bp-nin-region-uzre-prezidentini-qebul-edib
Oxunma sayı: 634


“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu gün BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Prezidenti Qordon Birrel və xarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədovla keçirilən görüşdə ölkəmizlə BP şirkəti arasında qurulmuş əməkdaşlıqdan, birgə həyata keçirilən layihələrdən söz açılıb. Xəzər dənizinin Azərbaycana aid hissəsində, o cümlədən Azəri-Çıraq-Günəşli yataqlarında BP şirkətinin operatoru olduğu Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən görülməsi nəzərdə tutulan işlər barədə fikir mübadiləsi aparılıb.

Qordon Birrel təmsil etdiyi şirkətlə Azərbaycan arasındakı əməkdaşlıqdan məmnunluq ifadə edib və ölkəmizi BP-nin ən yaxın tərəfdaşlarından biri adlandırıb.