Elmar Məmmədyarov Britaniyanın səfirini qəbul edib

elmar-memmedyarov-britaniyanin-sefirini-qebul-edib-
Oxunma sayı: 634

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı xanım K. Braun Azərbaycanda Böyük Britaniyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində nazir E. Məmmədyarov xanım K. Brauna xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.