Elmar Məmmədyarov CAR-ın naziri ilə görüşüb- - Foto

elmar-memmedyarov-car-in-naziri-ile-gorusub-
Oxunma sayı: 778


“Qafqazinfo” xəbər verir ki, görüşdə Azərbaycan ilə CAR arasında  siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilmiş və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında BMT TŞ-ı çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Xanım Nkoana Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini və Nazir Elmar Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən “Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” imzalanıb.