Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb

Elmar Məmmədyarov Efiopiya prezidenti ilə görüşüb
Oxunma sayı: 392

Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin prezidenti Mulatu Teşome ilə görüşüb.

XİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

O, çoxsaylı efiopiyalı tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini deyib.

Efiopiyanın Afrika qitəsində, eyni zamanda Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan Elmar Məmmədyarov, ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi