Elmar Məmmədyarov ərəb həmkarı ilə görüşdü

elmar-memmedyarov-ereb-hemkari-ile-gorusdu
Oxunma sayı: 639

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Nazir E.Məmmədyarov ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq, iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün böyük potensialın olduğunu bildirib. Nazir E.Məmmədyarov BƏƏ-nin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyini dəstəkləməsinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

BƏƏ-nin xarici işlər naziri əl-Nəhyan yenidən Azərbaycanda səfərdə olmaqdan məmnun olduğunu qeyd edərək, ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O, iki ölkə arasında qarşılıqlı investisiyalar üçün əlverişli mühit olduğunu bildirərək, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

BƏƏ rəsmisi Azərbaycanın erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərinin sülh yolu ilə geri qaytarılması istiqamətində ölkəmizin səylərini tam şəkildə dəstəklədiklərini vurğulayıb.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.