Elmar Məmmədyarov etiraz etdi

elmar-memmedyarov-etiraz-etdi
Oxunma sayı: 653

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, E.Məmmədyarov bu səfərin ikitərəfli münasibətlərin inkişafında önəmli olduğunu vurğulayıb. O, 23 yanvar 2012-ci il tarixində Fransa Senatında “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinin Azərbaycan tərəfindən çox həssas və emosionallıqla qəbul edildiyini bildirib. Nazir E.Məmmədyarov qonaqlara Azərbaycanın ərazisinin 20 faizinin hələ də işğal altında olduğunu və 1 milyona yaxın qaçqının öz doğma torpaqlarından didərgin düşdüyünü xatırladıb. Nazir AR XİN-in bu məsələ ilə bağlı bəyanatlar verdiyini senatorların diqqətinə çatdırıb.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar barədə Fransalı senatorlara ətraflı məlumat verib. Azərbaycanın Xarici İşlər Naziri senatorların bir sıra suallarını da cavablandırıb.

Qonaqlar bu səfərin ikitərəfli münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasında çox önəmli olduğunu vurğulayıblar. Senatorlar “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsinin qəbul edilməsinin Azərbaycanda həssaslıqla qarşılandığını hiss etdiklərini qeyd ediblər.