Elmar Məmmədyarov İsrail diplomatı ilə görüşdü

elmar-memmedyarov-israil-diplomati-ile-gorusdu
Oxunma sayı: 647

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, İsrail rəsmisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ilə bağlı E.Məmmədyarovu təbrik edib. R.Barak iki ölkə arasında qurulmuş diplomatik münasibətlərin 20 il öncəyə söykəndiyini bildirərək, əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Elmar Məmmədyarov Azərbaycanla İsrail arasında əlaqələrin böyük potensiala malik olduğunu qeyd edərək, siyasi dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə Yaxın Şərq və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılıb.