Elmar Məmmədyarov İstanbula gedir

elmar-memmedyarov-istanbula-gedir
Oxunma sayı: 642

“Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, səfər dekabrın 15-də baş tutacaq.

İclasda Təşkilatın üzv dövlətləri arasında əməkdaşlığın və Nazirlər Şurasının qətnamə, qərar və tövsiyələrinin yerinə yetirilməsinin hazırkı vəziyyətinin, QDİƏT – Avropa İttifaqı əməkdaşlığının, QDİƏT-də müşahidəçi statusunun uzadılması üçün müraciətlərin, QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyətinin, “QDİƏT-in İqtisadi Gündəliyi: artan tərəfdaşlığa doğru” sənədindən irəli gələn tədbirlərin nəzərdən keçirilməsi və Təşkilatın fəaliyyəti ilə bağlı gündəlikdə olan digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.