Elmar Məmmədyarov konkret danışıb

elmar-memmedyarov-konkret-danisib-
Oxunma sayı: 641

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilib və bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Nazir E. Məmmədyarov təəssüflə qeyd edib ki, Ermənistan tərəfi yenilənmiş Madrid prinsiplərindən imtina etmiş və bununla da bütün sülh danışıqları prosesini təhlükə altına alıb. Əhəmiyyətli irəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi Minsk qrupunun həmsədr ölkələrinin 2009-cu ilin dekabrında Azərbaycana və Ermənistana təqdim etdikləri rəsmi sənədi qəbul etsin.

Görüşdə mövcud status-kvonun, Fransanın Dovil şəhərində qəbul edilmiş müvafiq sənəddə əks olunduğu kimi, həm Azərbaycanı, həm də beynəlxalq ictimaiyyəti təmin etmədiyi barədə ümumi anlayış ifadə olunub. Məlum olduğu kimi, Azərbaycan nizamlama prosesinin bir çox prinsipləri barədə əldə olunmuş qarşılıqlı razılığı əsas götürərək, sülh sazişi üzərində işə başlamağı təklif edir.

Nazir E.Məmmədyarov konkret olaraq vurğulayıb ki, Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmaq zərurətini tezliklə dərk etməsi regionda sülh və stabilliyin bərqərar olmasına və müəyyənliyin yaranmasına gətirib çıxarar.