Elmar Məmmədyarov Macarıstana gedir

elmar-memmedyarov-macaristana-gedir
Oxunma sayı: 662

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iyulun 24-də Macarıstanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən "Qafqazinfo"ya bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.

Xatırladaq ki, 2014-cü il noyabrın 3-4-də Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.