Elmar Məmmədyarov Riçard Morninqstarı qəbul edib

elmar-memmedyarov-ricard-morninqstari-qebul-edib
Oxunma sayı: 658

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakıda keçirilən ənənəvi Xəzər neft-qaz sərgisində iştirak etməsindən məmnun olduğunu bildirən qonaq, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında regionda gerçəkləşdirilən enerji layihələrinin əhəmiyyətini və onların perspektivlərini yüksək qiymətləndirib.
Məmmədyarov öz növbəsində Azərbaycanın həyata keçirdiyi enerji strategiyasının uğurları barədə danışaraq bu xüsusda Azərbaycanın Avropanın enerjidaşıyıclarla təchizində maraqlı olduğunu qeyd edib. Görüşdə həmçinin qlobal enerji məsələləri, regiondakı vəziyyət barədə də fikir mübadiləsi aparılıb.

Nərgiz Ehlamqızı