Elmar Məmmədyarov Trinidad Ximenez ilə görüşüb

elmar-memmedyarov-trinidad-ximenez-ile-gorusub
Oxunma sayı: 648

Xanım Ximenez öz növbəsində enerji, eləcə də digər sahələrdə əməkdaşlıq etməyə İspaniya şirkətlərinin hazır olduğunu söyləyib. Tərəflər iki dövlət arasında müqavilə-hüquq bazasının gücləndirilməsi, yaxın zamanlarda Azərbaycanda hər iki ölkənin şirkətlərinin iştirakı ilə biznes forumun keçirilməsi razılığına gəlib. Daha sonra Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə ətraflı məlumat verib. Görüş zamanı son zamanlar Şimali Afrika və Yaxın Şərqdə baş verən proseslər barədə fikir mübadiləsi aparılıb. Görüşün sonunda Məmmədyarov xanım Ximenezi rəsmi səfər ilə Azərbaycana dəvət edib. Xanım Ximenez dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini və bu ilin sonunadək səfər edəcəyini deyib. Daha sonra “Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik pasportlara malik olan şəxslərin qısa müddətli vizadan azad edilməsi ” haqqında sazişi imzalanıb.
Məmmədyarov dünən həmçinin İspaniya Deputatlar Konqresinin xarici əlaqələr üzrə komissiyasının prezidenti Duran ye Lleida və komissiyanın üzvləri ilə görüşüb. Nazir Azərbaycanın müstəqillik əldə etdiyi 20 il ərzində qazandığı nailiyyətlər, apardığı müstəqil siyasət barədə geniş məlumat verib. İspaniya ilə ikitərəfli münasibətlərə toxunan nazir bu ölkə ilə əməkdaşlığın geniş potensialı olduğunu diqqətə çatdırıb.
Nərgiz Ehlamqızı