Elmar Məmmədyarov Vəlid Ət Tabatabayi ilə görüşdü

elmar-memmedyarov-velid-et-tabatabayi-ile-gorusdu-
Oxunma sayı: 641

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüş zamanı Nazir Elmar Məmmədyarov Azərbaycan – Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq, iki ölkə arasında mövcud olan əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində böyük potensial olduğunu bildirmişdir.

Görüşdə parlamentlərarası əlaqələrin vacibliyi vurğulanmış və parlament diplomatiyasının əhəmiyyəti qeyd olunmuşdur. Nazir Elmar Məmmədyarov parlament üzvlərinin birbaşa təmaslarının iki ölkə arasında mövcud olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir.

Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə Küveyt nümayəndə heyətini məlumatlandıran Nazir Elmar Məmmədyarov, Küveytin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyini dəstəklədiyini yüksək qiymətləndirmiş və Küveyt Hökumətinə təşəkkür etmişdir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail: [email protected]