Elmar Məmmədyarov xarici həmkarları ilə görüşüb

elmar-memmedyarov-xarici-hemkarlari-ile-gorusub
Oxunma sayı: 658

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, göruşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi perspektivləri, xüsusilə də iqtisadi və enerji sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi, regional və beynəlxalq münasibətlərin gündəliyindəki aktual məsələlər müzakirə edilib.
Tərəflər ölkələr arasındakı münasibətlərin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər mübadilələrinin həyata keçirilməsi vacibliyini qeyd ediblər.
Görüşlərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli, İsrail-Fələstin münaqişəsi, Suriyadakı vəziyyət diqqət mərkəzində olunub.
Nazir E.Məmmədyarov, eyni zamanda, Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüş keçirib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi, İsrail-Fələstin münaqişəsi, enerji təhlükəsizliyi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.