Elmar Məmmədyarova qarşı - Bəyanat

elmar-memmedyarova-qarsi-beyanat
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, təşkilat nazir bu sözlərinin Azərbaycan prezidentinin hərbi yolun istisna edilməməsi ilə bağlı mövqeyinə qarşı olduğunu qeyd edib: “Elmar Məmmədyarov bu məsləyə aydınlıq gətirməlidir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlə xarici işlər naziri arasında fərqli yanaşma var, yoxsa yox? Nazir daha sonra xalqı 90-cı illərin müharibə təcrübəsi ilə qorxudur və fikrini məntiqsiz cümlə ilə belə davam etdirir: “Biz 2008-ci ildə Şimali Qafqazdakı (?!) hərbi əməliyyatları gördük”. Nazir yəqin ki Gürcüstan hadisələrini nəzərdə tutur, amma Gürcüstanı nə üçün Şimali Qafqaza aid etdiyi anlaşılmır. Görünür nazirimizin coğrafiya elmi ilə də problemləri var. Nazir sonda müharibənin gətirə biləcəyi “nəhəng problemlər”dən danışaraq yeni bir “Amerika” kəşf etdiyini düşünür və son hökmünü verir: “Mən hərbi əməliyyatların tərəfdarı deyiləm”.


QAT bəyan edib ki, torpaqları işğal altında olan bir ölkənin xarici işlər nazirinin bu cür mövqe sərgiləməsi heç bir halda başa düşülən deyil: “Xarici işlər naziri dövlətin, dövlət başçısının siyasətini həyata keçirməlidir. Elmar Məmmədyarov isə özünü xarici mərkəzlərin təsiri altına düşmüş məlum QHT rəhbərləri kimi aparır. Azərbaycanın xarici siyasəti ərazilərimizin istənilən vasitələrlə, o cümlədən hərbi yolla işğaldan azad olunmasına xidmət etməlidir. Bu cənab isə neçə illərdir ki, “sülh göyərçini” rolunda çıxış edir, məntiqsiz ifadələri ilə ölkəni daim gülüş hədəfinə çevirir. Çox vaxt elə təsəvvür yaranır ki, bu adam Azərbaycanın deyil, Ermənistanın xarici işlər naziridir. Bu adamın bundan sonra da xarici işlər naziri vəzifəsində saxlanılması cinayətdir. Onun bu məsul vəzifədə qalması yolverilməzdir. Biz hesab edirik ki, “Elmar Məmmədyarov” adlı bir rüsvayçılığa son qoyulmalı və o, istefaya göndərilməlidir”.

Səidə