Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb - Yenilənib

elmar-memmedyarovun-hemsedrlerle-gorusu-basa-catib
Oxunma sayı: 1383

Hazırda Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.
 
“Qafqazinfo”nun məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

XİN rəsmisinin sözlərinə görə, Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

***

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb. Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.
 
Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.
 
Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.
 
Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.