Elmar Qasımov əməkdaşlıq protokolu imzaladı

elmar-qasimov-emekdasliq-protokolu-imzaladi
Oxunma sayı: 645

“Qafqazinfo”ya daxil olan məlumata görə, imzalanma mərasimində Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və digər qonaqlar iştirak ediblər. ”Əməkdaşlıq protokolu”nda “Total E & P Azerbaijan” şirkətinin dəstəyi ilə Bakı Ali Neft Məktəbi və Fransanın neft-qaz və kimya yönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin “Total” şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi , “Professionallar Assosiasiyası”nın üzvlərinin Bakı Ali Neft Məktəbinin tələbələri üçün mühazirələr oxunmasının təmin olunması və Bakı Ali Neft Məktəbinin tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım göstərilməsi məsələlərinə dəstək verilməsi öz əksini tapıb.
Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, Dövlət Neft Şirkətinin nəzdində fəaliyyət göstərən Bakı Ali Neft Məktəbinin yaradılmasında əsas məqsəd günü-gündən inkişaf edən ölkəmizin və ARDNŞ-nin həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə malik kadrların hazırlanmasıdır. O vurğulayıb ki, dünyanın enerji sahəsində tanınmış şirkətləri və təhsil müəssisələri ilə əməkdaşlıq Bakı Ali Neft Məktəbi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan böyük təcrübəyə malik “Total E&P Azerbaijan” şirkəti ilə əməkdaşlıq bizim üçün olduqca vacibdir.
Tədbirdə iştirak edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin
yaradılması və qısa vaxt ərzində yüksək nailiyyətlər əldə olunması təqdirəlayiq haldır. O, bildirib ki,” Total E&P Azerbaijan” Şirkəti ilə Bakı Ali Neft Məktəbi arasında imzalanan bu protokol Fransa Respublikası ilə Azərbaycan Respublikası arasında günü-gündən inkişaf edən münasibətlərin göstəricisidir və səfirlik olaraq bu münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün hər cür dəstəyə hazırdırlar.