Elmar Qasımov protokol imzaladı

elmar-qasimov-protokol-imzaladi
Oxunma sayı: 647

 

“Qafqazinfo” xəbər verir ki, “Əməkdaşlıq Protokolu”nda ingilis dili müəllimləri üçün dərslərdən kənar treninqlərin keçirilməsi, idarəetmə aparatının, peşəyönümlü və ixtisas dərslərini tədris edən kafedraların işçiləri üçün Bakı Ali Neft Məktəbində ödənişli ingilis dili dərslərinin təşkili, BANM əməkdaşları və tələbələr üçün tətil müddətində Böyük Britaniyada ingilis dili üzrə biliklərinin zənginləşdirilməsi məqsədilə təlim-tədris səfərlərinin təşkil edilməsi, tələbələrdən aralıq, semestr və IELTS imtahanlarının qəbul edilməsinə metodiki yardım edilməsi, BANM-nin peşəyönümlü və ixtisas fənlərini tədris edən kafedralarının fəaliyyətinə ingilisdilli mütəxəssislərin cəlb olunması və BANM resurs mərkəzinin ingilis dilində nəşr edilmiş ümumi fənlər üzrə kitablar və elektron vəsaitlərlə zənginləşdirilməsinə köməklik göstərilməsi nəzərdə tutulub.


Tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, BANM-nin yaradılmasında əsas məqsədlərindən birinin də Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdə işləyə biləcək və müasir standartlara cavab verən ingilis dilli kadrların yetişdirilməsidir.


“British Council” təşkilatının regional direktoru Maykl Börd isə “British Council” təşkilatı olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.