Elmar Vəliyev görüş keçirdi

Elmar Vəliyev görüş keçirdi
Oxunma sayı: 939

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı ElmarVəliyev növbəti vətəndaş qəbulu keçirib. Qəbula şəhərin hüquq mühafizə orqanları, icra strukturları rəhbərləri və 100 nəfərdən artıq vətəndaş qatılıb.

İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, qəbula yazılmış sakinlər növbə ilə qarşılaşdıqları problemlərlə bağlı şəhər rəhbərinə müraiət ediblər. Müraciətlər əsasən dam örtüyünün təmiri, torpaq sahəsi və işlə təminat, mənzil şəraitinin yaxşılaşdırılmasına köməklik, eyni zamanda kommunal problemlər-  ən əsası da qaz sayğaclarının quraşdırılması ilə bağlı olub.

E. Vəliyev tərəfindən dinlənilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlərlə bağlı isə icra başcısı tərəfindən aidiyyatı qurumlara tapşırıqlar verilib.

 

Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların müraciətlərinə baxılmasının nəticələri:

müsbət həll olundu

53 nəfərin məsələsi

müvafiq izahat verildi

39 nəfərin məsələsi

əsassız sayıldı

2 nəfərin məsələsi

müraciət aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərildi

7 nəfərin məsələsi

İcraya götürüldü

2 nəfərin məsələsi

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi