Elmar Vəliyev hesabat verdi

elmar-veliyev-hesabat-verdi
Oxunma sayı: 1517



“Qafqazinfo” xəbər verir ki, hesabat yığıncağında şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İcra başçısı Elmar Vəliyev bildirib ki, 2013-cü ilin yanvar-iyun aylarında şəhər sənayesində təsərrüfat subyektləri tərəfindən 86,3  milyon manatlıq məhsul istehsal olunub  və xidmətlər göstərilib.  Həmin dövrdə istehlakçılara 85 milyon 506 min manatlıq və ya bütün sənaye istehsalının 97,2 faizi qədər məhsul göndərilib, xidmətlər göstərilib.

2013-cü ilin birinci yarısında şəhərin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 118 milyon manatdan çox vəsait yönəldilib. 2012-ci illə müqayisədə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı 1,9 dəfə artıb.

E. Vəliyev onu da əlavə edib ki, Gəncədəki mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılan münbit şərait yerli sahibkarlar tərəfindən şəhər iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Gəncəyə marağının artmasına səbəb olub.

Qey edək ki, yığıncaqda idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyətin nümayəndələri çıxış edərək əldə olunan nailiyyətlərdən danışıb, abadlıq və genişmiqyaslı quruculuq işlərinin davamı üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.