Elmar Vəliyev hesabat verdi- - Fotolar

elmar-veliyev-hesabat-verdi-
Oxunma sayı: 2447



“Qafqazinfo” xəbər verir ki, yığıncaqda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident Aparatının məsul işçisi Əlibaba Əmirov, icra strukturunun rəhbərləri, şəhər rəsmiləri, ziyalılar, ağsaqqallar və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə 2013-cü ilin yekunları geniş müzakirə edilib və 2014-cü ildə qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Öncə Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafını əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib. ( http://www.youtube.com/watch?v=yleJ7LrXoRI )
2013-cü ildə görülən işlər barədə hesabat verən şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, bu gün Gəncə şəhəri öz inkişafının keyfiyyətcə yeni və məhsuldar dövrünü yaşayır. Əldə olunan bütün uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhərimizə xüsusi diqqət və qayğısı, onun reallığa söykənən, düşünülmüş sosial-iqtisadi siyasəti dayanır. Demək olar ki, şəhərin sosial-iqtisadi inkişafına dair dövlət proqramının icrası çərçivəsində Gəncə şəhərində böyük nəticələr əldə edilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, 2016-cı ilədək Avropanın Gənclər Paytaxtında 1000-dək layihə həyata keçiriləcək.

Çıxış edənlər-Baş Polis İdarəsinin rəisi Faiq Şabanov, Azərbaycan Texnologiya Universitetinin prorektoru Məntiq Cəfərov, AMEA Gəncə Bölməsinin direktoru, akademik katibi Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının İdeologiya şöbəsinin müdiri Hüseyn Budaqov və başqaları gəncəlilərə göstərdiyi xüsusi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, göstərilən etimadı əməli işlərilə doğruldacaqlarını bəyan ediblər.

Sonda Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunmuş bir qrup Gəncə ziyalısına mükafatlar təqdim olunub.