Elmar Vəliyev “İmamzadə”də iftar verdi

elmar-veliyev-imamzadede-iftar-verdi
Oxunma sayı: 2689

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təşəbbüsü ilə “İmamzadə” dini memarliq abidə kompleksində  təşkil olunan iftarda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsinin əməkdaşları, şəhər ziyalıları, ağsaqqallar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, iftar süfrəsi başında müqəddəs “Qurani-Kərim”dən ayələr səsləndirilib. Günün duası ilə möminlər öz oruclarını açıblar.

Elmar Vəliyev çıxış edərək qeyd edib ki, Respublikamızda dövlət və din bir-birindən ayrı olsa da, Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir.  Ruzi-bərəkət, həmrəylik, dostluq, qardaşlıq, sevgi və mərhəmət ayı hesab olunan Ramazan digər müsəlman ölkələrində olduğu kimi Azərbaycanda da qeyd edilir. O bildirib ki, Azərbaycanda bu gün birlik və sabitlik hökm sürür. Ölkə ərazisində olan dini məbədlərin təmir və bərpasına, islami və milli-mənəvi dəyərlərin qorunmasına diqqət çəkən şəhər rəhbəri Azərbaycanın dünya ölkələri üçün tolerantlıq nümunəsi olduğunu vurğulayıb.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb. Ölkəmizə əmin-amanlıq və sülh arzulanıb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların ruhuna dualar oxunub.