Elmar Vəliyev qurum rəhbərlərinə tapşırıq verdi

Elmar Vəliyev qurum rəhbərlərinə tapşırıq verdi
Oxunma sayı: 1440

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib.

Şəhər İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda həyata keçirilən işlər və qarşıda duran vəzifələr ətrafında söhbət aparılıb. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verib. Qarşıdan duran vəzifələrdən danışarkən şəhər rəhbəri bildirib ki, şəhərdə İdman Sarayı, Dram Teatrın yeni binası, Gəncəçayın sağ sahilində yeni bulvar kompleksinin salınması, Nizami prospektinin yenidən qurulması və s. işlər tez bir zamanda həyata keçirilməlidir. 

İcra başçısı həmçinin bildirib ki, ölkə prezidentinin tapşırığına əsasən, şəhərdə 1400 yeni iş yerləri yaradılıb ki, artıq 800 nəfərə iş verilib. Qalan 600 yeni iş yerlərinə isə işçilərin götürülmasi davam edir. Bütün bu məsələlər ilə bağlı müvafiq təşkilatlara, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlarını verib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi