Elmar Vəliyev səfirlərlə görüşdü - Fotolar

elmar-veliyev-sefirlerle-gorusdu
Oxunma sayı: 639

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Vəliyev səfrin diqqətinə çatdırıb ki, Gəncə şəhərində kiçik həcimli təyyarələrin təmiri olunması ilə bağlı Avstriya hökuməti ilə razılıq əldə olunub.

Səfir xüsusi vurğulayıb ki, Avstriya-Azərbaycan iki tərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Səfir bildirib ki, Gəncəyə səfərinin bir neçə məqsədi var. Bunlardan ən başlıcası Gəncə şəhərində Avstriyanın fəxri konsulluğunun açılmasıdır. 

Səfir Aksel Vex bildirib ki, Gəncə şəhərinə səfərinin digər məqsədi isə iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlıdır. 

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.

***

Elmar Vəliyev eyni zamanda Belçika Krallığının Azərbaycandakı səfiri Bert Skufsu qəbul edib

Səfirə Gəncə Avtomobil Zavodunun, Gəncə Alüminium Zavodu, Gəncə Şərab Zavodu haqqında məlumat verən Elmar Vəliyev qeyd edib ki, "Süni Mərmər və Qranit İstehsalı" və "Kərpiç" zavodlarında hazırda tikinti işləri davam edir.

Görüşdə texnologiyalar, kənd təsərrüfatı, təhsil, mədəniyyət və başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.