Elmar Vəliyev sərgidə iştirak edib

elmar-veliyev-sergide-istirak-edib
Oxunma sayı: 700

Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunda Tahir Abbasovun fərdi sərgisi keçirilib

“Qafqazinfo” xəbər verir ki, sərgidə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, vitsekonsul Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar iştirak edib. Vitsekonsul Hüseyn Yurtsevər sərgi iştirakçılarını salamlayaraq Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olan sərginin hazırlanmasında Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş Konsulluğunun dəstəyinin olduğunu bildirib.

Elmar Vəliyev çıxışında bildirib ki, bu sərgi şəhərin mədəniyyətini, incəsənətə verilən diqqəti nümayiş etdirən bir tədbirdir. Gəncənin tarixən mədəniyyət beşiyi olmasını önə çəkən icra başçısı qısa zamanda şəhərdə mədəniyyət işçilərinə töhvə olaraq filarmoniya binasının istifadəyə veriləcəyini vurğulayıb. 

Xatırladaq ki, sərgi iyun ayının 18-ə kimi davam edəcək.