Elmar Vəliyevin 3 mərtəbəli villasını dağıtdılar

elmar-veliyevin-3-mertebeli-villasini-dagitdilar
Oxunma sayı: 904

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə Göygöl rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov arasında ciddi mübahisə yaranıb. Buna səbəb isə Elmar Vəliyevin Göygöl rayonunun Toğana kəndində tikdirdiyi evin dağıdılması olub.

Məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bir müddət öncə Göygölün Toğana kəndi ərazisində yerləşən “Cənnət bağı” restoranına məxsus torpaq sahəsində üçmərtəbəli yay rezidensiyası tikdirib. “Cənnət bağı” restoranı tikinti maqnatı kimi tanınan sahibkar İsfəndiyar Axundova məxsusdur və məlumata görə, Elmar Vəliyev bu inşaat işini Göygöl rayon İcra Hakimiyyətinə xəbər vermədən həyata keçirirmiş.
Məsələdən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov xəbər tutandan sonra icra başçıları arasında ciddi problem yaranıb. Belə ki, E.Vəliyevlə mübahisə edən A.Seyidov ona sözügedən üçmərtəbəli tikilinin sənədsiz işşa olunduğunu bildirib və bu barədə niyə ona xəbər verilmədiyini irad tutub. Bu mübahisə zamanı E.Vəliyevin A.Seyidova acıqlandığı, ona kobud cavab verdiyi qeyd olunur. Halbuki, onların əvvəllər dost olduğu bildirilir. E.Vəliyevin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra köhnə dostu A.Seyidova yuxarıdan aşağı baxdığı söylənilir.

İki icra başçısının mübahisəsi E.V əliyevin tikdirdiyi binanın yerlə-yeksan olunması ilə nəticələnib. Məlumata görə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı E.Vəliyevdən kobud cavab eşidəndən sonra Toğana kəndindəki üçmərtəbəli villanın sökülməsinə göstəriş verib. Və villa darmadağın edilib (modern.az).