Elmar Vəliyevin Gəncədəki olaydan xəbəri var? - Oğlu danışdı

elmar-veliyevin-gencedeki-olaydan-xeberi-var
Oxunma sayı: 10313

"Atamın səhhəti yaxşıdır, tezliklə daha yaxşı olacaq. O ki qaldı atamın Gəncədə polis zabitlərinin öldürülməsi olayından xəbərinin olub-olmamasına, bu haqda mən heç nə danışmaq istəmirəm. Özü gələr, medianın da suallarına cavab verər”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev Gununsesi.info-nun atasının şəhərdə polis zabitlərinin güllələnməsi olayından xəbərdar olub-olmaması, həmçinin bu olaya münasibətinə dair sualına cavabında deyib.