Elnarə Bakıda “Mini Hollivud” yaratdı - Fotolar

elnare-bakida-mini-hollivud-yaratdi
Oxunma sayı: 1220

Ötən gün Bakıda “Azerbaijan Fashion Week” in açılış mərasimi baş tutub. 

“Qafqazinfo”nun məlumatına görə, açılışda 3 gürcü modelyerin işi nümayiş olunub. Daha sonra isə Azərbaycanın tanınmış modelyeri Elnarə Bəkirova öz geyimlərini fərqli formada təqdim edib. 

Belə ki, bu dəfə podiuma ölkənin ən gənc 14 aktrisası çıxıb. Elnarə Bəkirovanın dəfiləsi “Kino kimi” devizi altında keçirilib. Geyimləri Umnisə Hacıyeva, Nərgiz Əliyeva, Zarina Qurbanova, Sevinc Əliyeva, Ülfət Bəşir, Aysel Nazim, Kəmalə Piriyeva kimi gənc aktrisalar nümayiş etdirib. 

Podiuma ilk çıxan Nərgiz Əliyeva olub. Sonuncu gəlinliyi isə “Bakı, sabahın xeyir” mahnısının sədaları altında Kəmalə Piriyeva təqdim edib. 

Elnarə Bəkirovanın dəfiləni bu mövzuda keçirməsində məqsədi isə gənc aktrisalara dəstək üçün “Mini Hollivud” yaratmaq olub.

Fotolar: Nuran Məmmədov