Elnarə Barışla duet oxudu

elnare-barisla-duet-oxudu
Oxunma sayı: 1809


“Qafqazinfo”nun məlumatına görə, sənətçi İstanbulda yeni "Dayan" adlı mahnısına klip çəkdirib. O, bildirib ki, “Popstar” yarışmasından tanınan Barış Kömürcüoğlu ilə duet oxuyub:

“Mahnının söz və musiqisi bəstəkar Günel Sərdarqızına məxsusdur. Mahnı duet formasında ifa olunub.Duet ortağım Türkiyədə “Popstar” yarışmasından tanınan Barış Kömürcüoğludur.Mahnıya ekran həyatını Türkiyədə maraqlı işləri ilə tanınan rejissor Mustafa Sarıqaya quruluş verib.Klipdə tərəfmüqabilim də Barışdır.Yeni yaradıcı işimiz maraqlı alınıb. Ancaq bu barədə çox danışmaq istəmirəm.Çünki klip üçün qala-gecesi təşkil ediləcək".Müğənni əlavə etdi ki,klipin təqdimat mərasimi noyabrın 27-də Nizami Kino Mərkəzində olacaq.Tədbirdə yarıdıcı heyət də iştirak edəcək”. 

Könül