Elnarə Təhməzova ailə həyatı qurdu -

elnare-tehmezova-aile-heyati-qurdu-
Oxunma sayı: 16126


“Qafqazinfo”ya daxil olan məlumata görə, toy avqustun 8-də Türkiyədə baş tutub. Toy mərasimində aparıcının ailəsi və yaxın qohumları iştirak edib.

Qeyd olunur ki, Elnarə Təhməzova bir illik münasibətdən sonra azərbaycanlı biznesmenlə ailə həyatı qurmaq qərarına gəlib. İş adamı xaricdə yaşadığı üçün aparıcı birdəfəlik İstanbula köçmək niyyətindədir. 

Xatırladaq ki, ANS-dən hicablı xanımlara qarşı qeyri-etik ifadə işlətdiyinə görə uzaqlaşdırılan aparıcının "İncə maraqlar" verilişi ilə efirə qayıtması haqda xəbərlər yayılıb. Elnarə Təhməzovanın evlilik haqda xəbəri isə bu məlumatları sual altına salır. Belə ki, aparıcı ailə qurandan sonra İstanbula köçməyi planlaşdırır.

“Qafqazinfo”