Elnarənin hovuz fotosu ərini əsəbiləşdirdi- - Video

elnarenin-hovuz-fotosu-erini-esebilesdirdi-
Oxunma sayı: 11756


Müğənni Elnarə Xəlilova hovuzda çəkilmiş fotosunun müzakirə obyektinə çevrilməsinə münasibət bildirib. 

“Qafqazinfo”nun məlumatına görə, ifaçı “Onlar” verilişinə açıqlamasından fotoya görə həyat yoldaşının ona əsəbiləşdiyini bildirib: “Qərar verdim ki, kürk geyinib hovuzda fotosessiya etdirim.Ya da başıma köynək və ya ətək bağlayacam. Düşünməzdim ki, başımın hovuzdakı şəkli bu qədər rezonans doğuracaq. Məni peşman etdilər, şəkli sosial şəbəkədən sildim. Amma qəti qərar vermişəm, hovuzda, ya da dəniz kənarında kürkdə, paltoda fotosessiya etdirəcəm, başıma da şal bağlayacam. Həyat yoldaşım mənə əsəbiləşdi, onun gücü mənə çatır. Bütün günahı özümdə görürəm, söz verirəm bir də belə şey etməyəcəm”.