Elnur Aslanovun kadrının Gülənlə görüşdüyü məlum oldu

elnur-aslanovun-kadrinin-gulenle-gorusduyu-melum-oldu
Oxunma sayı: 13803


Prezidentin Azərbaycanda nurçuların rəhbəri kimi tanınan Elnur Aslanovu vəzifəsindən azad edəndən sonra, mətbuatda həmin təriqətin təmsilçilərinin siyahıları dərc olunmaqdadır.  Onların arasında yeni və köhnə isimlər də var. 

Bu gün “Qafqazinfo”ya Elnur Aslanovun ən yaxın silahdaşlarından biri,  eyni zamanda nurçuların əsas simalarından sayılan şəxslə bağlı məlumat daxil olub. Məlumata görə, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov da sözügedən şəbəkənin əsas fiqurlarından sayılır. Hətta onun öz dilləri ilə desək daha üstün “şərəfə” nail olduğu bildirilir. Belə ki, Orxan Əkbərov Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu “Azərbaycan Amerika Alyansı”nın hələ 2012-ci ildə Vaşinqtonda təşkil etdiyi şam yeməyində iştirak etmək üçün bu ölkəyə səfər edib. Həmin vaxt O. Əkbərov tədbirdə aradan çıxaraq bir neçə gün tapılmayıb. Onun yeri ilə maraqlananda məlum olub ki, Əkbərov öz hocası ilə görüşmək üçün itib. Onun həmin vaxt Fətullah Gülənlə görüşdüyünü və bir çox məsələlərdə məsləhət aldığını sübut edən dəlillər var. Redaksiyamızı məlumatlandıran mənbə görüşlə bağlı faktların elə həmin vaxt müvafiq qurumların diqqətinə çatdırıblar. 

Məlumatla bağlı araşdırma apararkən maraqlı məqamlar ortaya çıxıb. Belə ki, məlum olub ki, O. Əkbərov həm də başıbəlalı ASAİF-in həmtəsisçisidir. Hansı ki, bu təşkilatın mətbuatda “qanadlı oğlan” kimi təqdim olunan sədri Ramin Hakimovun Berlində “Yeni Yanaşmalar və Yeni İmkanlar” mövzusunda forumu etirazlara səbəb olduğu üçün təxirə salınıb. Daha dəqiq desək, tədbirin vaxtı və təşkilatçıları dəyişdirilib.

“Qafqazinfo” həmçinin Orxan Əkbərovla məşhur “qanadlı oğlan”-Ramin Hakimovun birlikdə qonaq olduqları proqramın video-süjetini  təqdim edir:

***

Məsələ ilə bağlı Orxan Əkbərov "Qafqazinfo"ya zəng vuraraq mövqeyini açıqlayıb. O bildirib ki, həqiqətən də iki il əvvəl ABŞ-da təşkil olunan sözügedən tədbirdə iştirak edib, lakin tədbirin yarısından xəbərdə deyildiyi kimi aradan çıxmayıb:

"Mən o tədbirdə iştirak etmişəm, buna görə şərəf duyuram. Ancaq Fətullah Gülənlə görüşməmişəm. Ümumiyyətlə, mənə elə gəlir ki, Fətullah Gülən real varlıq deyil. Onun haqqında o qədər danışırlar ki, reallıqda belə bir insanın olduğuna inanmıram".