Elnur Aslanovun saytı ofisindən çıxarıldı

elnur-aslanovun-sayti-ofisinden-cixarildi
Oxunma sayı: 2877


“Qafqazinfo”  “Qaynar.info”ya istinadla xəbər verir ki, bu gün “Gün.az” saytı əvvəl yerləşdiyi ofisindən çıxarılaraq, İçəri şəhərdə kiçik bir ofisə köçürülüb.   Həmçinin, saytın baş redaktoru Rəhman Hacıyev də vəzifəsindən uzaqlaşdırılıb. Ancaq R.Hacıyev “1news.az” saytındakı vəzifəsinin icrasına davam edir.

Qeyd edək ki,  “Gun.az” saytı Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin eks-müdiri Elnur Aslanova məxsusdur.