Elnur Astanbəylinin ilk şeirlər kitabı - Təqdimat

elnur-astanbeylinin-ilk-seirler-kitabi-teqdimat
Oxunma sayı: 671

“Qafqazinfo”nun məlumatına görə, kitab “Almadan küsən” adlanır.
Kitaba müəllifin seçmə şeirləri daxil olunub.

“Apostrof” nəşriyyatında işıq üzü görən kitabın redaktoru Şahvələd Çobanoğludur. Kitab Azərbaycanda demokratiya uğrunda mübarizə aparan cəsur və ləyaqətli insanlara həsr olunub. Müəllif kitaba Mirzə Cəlilin “Qələmini qır, amma sındırma” sözlərini epiqraf seçib. Qiyməti 4 manatdır.

Sabah, aprelin 21-də saat 14:00-da müəllif “NİDA” Vətəndaş Hərəkatının yeni ofisində ((Nizami metrosunun yaxınlığı, Fuad İbrahimbəyov küçəsi, 12) kitabına imza günü keçirəcək. Arzu edənlər dəvətlidir.