Elnur Cəfərov “Bursaspor”a təklif edildi - “Kayserispor” da maraqlanır

elnur-ceferov-bursaspora-teklif-edildi
Oxunma sayı: 1589

“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elnur Cəfərov “Bursaspor” klubuna təklif edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

20 yaşlı yarımmüdafiəçinin mövsümün sonunda “ağ yaşıllar”a keçə biləcəyini ehtimal olunur.

Həmçinin məlumatda bildirilir ki, “Kayserispor” da Cəfərovla maraqlanır.