Elnur Hüseynovdan qalmaqallı - Klip

elnur-huseynovdan-qalmaqalli
Oxunma sayı: 652

Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində iki dəfə təmsil edən, “O ses Türkiye”nin qalibi Elnur Hüseynov qalmaqallı klipə imza atıb. 

“Qafqazinfo” xəbər verir ki, müğənni ingilis dilində  ifa etdiyi “Vibration” mahnısını ekranlaşdırıb. 

Klipinin rejissoru Leyli Qafarovadır. Görüntülərdə Elnur olmasa da, “ADO” teatrının əməkdaşları yer alıb. Klipdə sevişmə səhnələri, cinsi azlıqlarla bağlı görüntülər əks edilib. 

Mahnının sözləri Dihaja, musiqisini isə İsfar Sarabskiyə məxsusdur.