“...Elnurun “Neftçi” ilə prinsipi var” - Açıqlama

elnurun-neftci-ile-prinsipi-var-aciqlama
Oxunma sayı: 632

“Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev bu haqda “Qafqazinfo”ya açıqlama verib: “Düzünü desəm, mən kimisə müzakirə etməyi sevmirəm. Elnur Allahverdiyev futbolçu həmkarımdır və milli komandanın da üzvüdür. Ona hörmətlə yanaşıram. Lakin bir klub haqqında belə ifadə işlətmək düzgün deyil. O özü də əvvəllər “Neftçi”də çıxış edib. Mən bu gün “Neftçi”nin futbolçusuyam, nə vaxtsa başqa komandaya keçsəm, heç vaxt “Neftçi” haqda belə danışmaram. Yəqin, Elnurun “Neftçi” ilə prinsipi var”.

Ceyhun Əhmədov