Elon Musk Ərdoğanla görüşdü - Fotolar

Elon Musk Ərdoğanla görüşdü
Oxunma sayı: 870

Elektrikli avtomobil markası “Tesla” və kosmik nəqliyyat şirkəti “SpaceX” şirkətlərinin qurucusu Elon Musk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, 1 saat 10 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.

Görüşdə elm, sənaye və texnologiya naziri Faruk Özlü və nəqliyyat, dənizçilik və xəbərləşmə naziri Əhməd Arslan da iştirak edib.

Qeyd edək ki, Türkiyə bu günlərdə yerli avtomobil istehsal etmək üçün hazırlıqlara başlayıb. Görüşün belə bir vaxtda keçirilməsi “Tesla” ilə mümkün əməkdaşlıq iddialarını gündəmə gətirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi