“Elşad Abdullayev Fransada başını girləyir”

elsad-abdullayev-fransada-basini-girleyir
Oxunma sayı: 673

“Qafqazinfo” Arzu Kazımovun vəkili Ramiz Zeynalovun “Təzadlar”a verdiyi müsahibəni təqdim edir

- Ramiz müəllim, ilk olaraq bir məsələ barədə: bu gün(oxu: dünən.) məhkəmənin qərarı ilə müdafiəniz altında olan A.Kazımovun barəsində məlum qərar verildi...
- Bu gün 105157 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş, müdafiəm altında olan Arzu Firidun oğlu Kazımovun barəsində həmin işə prosessual nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralovun məhkəməyə göndərdiyi təqdimata baxan Səbayel rayon Məhkəməsinin (hakim Famil Nəsibov) qərarı ilə A.Kazımovun barəsində olan həbs müddəti daha 3 ay-06 may 2013-cü ilədək uzadıldı...

- Baş Prokurorun təqdimatı hansı zərurətlə bağlı olmuşdur?
- Əsaslandırma onunla bağlı idi ki, bəzi istintaq hərəkətləri hələ tam şəkildə başa çatdırılmayıb, halların qiymətləndirilməsi, ekspertizanın başa çatdırılmaması və yekun rəyin əldə olunmaması və s. Mən də buna qəti etiraz etdim və məhkəmənin diqqətinə çatdırdım ki, Arzu Kazımov barədə olan bütün zəruri istintaq hərəkətləri davam edibdir, başa çatdırılıbdır. Yerdə qalan ekspertizalardır, qiymətləndirilmələrdir ki, əsas istintaq hərəkətlərinə heç bir təsir edə bilməz və A.Kazımovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilib ev dustaqlığı ilə əvəz olunmasına maneçilik yayratmır. Çünki onun xarici pasportu, şəxsiyyət vəsiqəsi istintaqa təhvil verilib. Və mən məhkəmədən bir daha xahiş etdim ki, A.Kazımovun xəstəliyi ilə əlaqədar isə barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi və başqa yerə getməmə barədə iltizamla əvəz olunması təmin edilməlidir. Lakin məhkəmə bunu nəzərə almadı və Baş Prokurorun təqdimatını təmin etdi...

- Siz yəqinki həm də E.Abdullayevin sözçüsü olan E.Məcidlinin bəlli açıqlamasından xəbərdarsınız...
- Kimin mənim şok effekti yaratmış məlum açıqlamalarım barədə nə deməsindən asılı olmayaraq, bircə şeyi deyim ki, bunları mənim əsaslara söykənən müsahibəmin güclü təsiri adlandırardım... Mənim əlimdə Elşad Abdullayevin öz qardaşını öldürməsi barədə kifayət qədər sübutlar vardır. Və bunlar istintaqa təqdim edilib. Həmçinin vəsatətlərimdə göstərilibdir. Həmin vəsatətlərin hamısı istintaq orqanı tərəfindən qəbul edilmişdir, onların hamısının surəti mənə və müdafiəm altında olan Arzu Kazımova verilmişdir. Mən Arzu Kazımovun vəkili kimi fəaliyyət göstərdiyim ilk gündən CPM-nın mənə verdiyi səlahiyyətlər çərçivəsində təhqiqatlar aparmışam, əldə olunmuş sübutları vəsatət formasında istintaq orqanına təqdim etmişəm. Həmçinin həmin sübutların bununla da istintaq tərəfindən yoxlanılmasını və hüquqi qiymət verilməsini istintaq qarşısında tələb formasında qoymuşam. Bu mənim müstəsna vəzifəm və hüququmdur, bunu heç kim əlimdən ala bilməz. İkincisi E.Abdullayev və onun sözcüsü adlandırılan E.Məcidli dəfələrlə bəyan ediblər ki, onların əlində 400-ə yaxın video material var. Və guya bu videolar yayıldıqdan sonra Azərbaycanda “siyasi qasırğa başlayacaq", zəlzələ qopacaq, xalq ayağa qalxacaq və s. Bəs kimi gözləyirlər? Və guya bundan sonra iqtidar devriləcək... Mən tam məsuliyyətimlə bəyan edirəm: əgər Elşad Abdullayevdə elementar cəsarət varsa, əlində olan həmin o şantaj videolarını yaysın! Ay insanlar, bizə aid olan nə kasetləriniz varsa, istədiyiniz saytda yerləşdirin, qoyun ortaya!

İkincisi, rəsmi surətdə bəyan edirəm: çox güman ki, istintaq da bunu araşdırıb, yoxlayıb, Rövşanə Əliyeva adında xanım heç vaxt mənim müdafiəm altında olan Arzu Kazımovla, E.Abdullayevin təqdim etdiyi kimi, onun nə katibəsi, nə referenti, nə də köməkçisi olmuşdur. R.Əliyeva E.Abdullayevin qardaşı Eldənizlə sıx əməkdaşlıq ünsiyyətində olmuşdur. O, bu münasibətdən istifadə edərək ABU-da işə düzəlmək istəmişdir, lakin sənədləri uzun müddət E.Abdullayevdə qalsa da, sonradan onun dekan təyin olunması barədə verdikləri vədə əməl edilməmişdir və s. R.Əliyevanın KİV-lərdəki müsahibəsinə istinad edərək deyə bilərəm ki, sonradan E.Abdullayev ona 30 min dollar pul təklif edərək A.Kazımovun üzünə duraraq guya Mahirin axtarılması üçün E.Abdullayevdən pul aldığını deməsini tələb etmişdir. Lakin R.Əliyeva bundan imtina etmişdir, ona görə də E.Abdullayev dəfələrlə onu ofisinə dəvət edərək quraşdırdığı video kameralar vasitəsilə gizli çəkmişdir. Həmin çəkilişlərdə R.Əliyeva E.Abdullayevə bir insan olaraq inanıb, yazığı gəlib və qardaşı Mahirin tezliklə tapılması arzusu ilə ona ürək-dirək vermişdir. İndi E.Abdullayev həmin qanunsuz və gizli çəkdiyi videolardan bu yazıq qadına, həmçinin A.Kazımova qarşı şantaj kimi istifadə edir. Çox güman ki, R.Əliyeva da istintaq tərəfindən dindirilib və o bu barədə ifadə veribdir. Yəqin ki, o, istintaqa ifadəsində E.Abdullayevlə və onun qardaşı Eldənizlə olan münasibətlərinə tam aydınlıq gətirib. Həmçinin Arzu Kazımovla olan münasibətlərinə də. Onun bu ifadələrindən xəbərim olmasa da, A.Kazımovla söhbətlərdən, R.Əliyevanın KİV-ə müsahibələrindən bilirəm ki, o, A.Kazımovun həyat yoldaşının xalasıgilin qonşusudur. O həmin qonşu xanımın vasitəsi ilə bu ailədə baş verən müəyyən hadisələrdən xəbərdar olmuşdur. Məsələn, onlar bu yaxınlıq əsasında müxtəlif mərasimlərdə birgə iştirak etmiş, məclislərdə olmuşlar. A.Kazımovun ailəsi dinə-imana yaxın insanlar olduğundan onlar vaxtaşırı imkansız ailələrə təşkil edilmiş xeyriyyə və ehsanat mərasimlərində birgə olmuşlar. Yəni demək istəyirəm ki, onlar bu mənada sıx münasibətdə olmuşlar. E.Abdullayev Azərbaycanın tanınmış insanlarını qanunsuz yolla əldə edilmiş videoları ilə təhdid etdiyi kimi, indi də A.Kazımovu və R.Əliyevanı hədəfə götürmüş və təhdid etməkdə davam edir. Görünür, onun əlində başqa deməyə söz və təqdim etməyə sübutu yoxdur. Bu hərəkətlər hədədir, təhdiddir! Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki onda hansısa bir ciddi sübutlu video olsaydı, onu elə ilk gündən istintaqa təqdim edərdi, qarşı tərəf də günahını etiraf edərdi. Əksinə, ona hələ ki, mənəvi ruh verən bəzi KİV-lərdə yaymaq istəyində olmazdı. Deməli, əhəmiyyətsiz və şantaj xarakteri daşıyan videolardır. Onun bir müddət əvvəl böyük şou hay küyü ilə yaydığı məlum videosunda da söhbətin məzmunu ondan ibarətdir ki, guya Arzu Kazımovla onun oğlu Dağıstana getmiş və Mahiri axtarmış, gətirməyə söz vermişlər. Bu məqamda R.Əliyeva da qarşısında olanın şantajçı olmasını heç cürə təsəvvür etmədiyindən E.Abdullayevin qondarma çağırışlarına hərdən hə və ya yox deməklə səmimi yanaşmışdır. Xəbəri olmamışdır ki, onun etibarından və səmimiyyətindən sui istifadə edilir. Mən ötən müsahibələrimdə də demişəm və istintaq qarşısında vəsatət də qaldırmışam ki, yoxlanılsın görək, həmin dövrdə A.Kazımov, yaxud onun oğlu ümumiyyətlə, Dağıstanda olubmu, yaxud Azərbaycan sərhəddini keçibmi? Məsuliyyətlə deyirəm ki, bu heç vaxt baş verməmişdir. Elşad Abdullayev növbəti yalanlarından birini cəmiyyətə sırımaq istəyir. Ümumiyyətlə, o, istintaqa təqdim etmədikləri "sübutlarını" indi də sosial şəbəkələrdə yayır. Bu "sübutlar" istintaq üçün əhəmiyətli ola bilərmi? Təbii ki, yox...

- Ramiz müəllim, E.Abdullayevin adından verilən bu günkü açıqlamada qeyd olunur ki, həmn videoların müntəzəm yayılması istintaqı sürətləndirmək məqsədi daşıyır. Doğrudanmı bu belədir?
- Təbii ki, bu, həm də istintaqı və istintaqa prosessual nəzarəti həyata keçirən Baş Prokurorluğu şantaj etmək, təhdid yolu ilə ictiaiyyətə təqdim etmək məqsədi daşıyır. Onların iddiasından belə çıxır ki, guya istintaq hər video yayılanda hərəkətə gəlir. Axı bu boşboğazlıq kimə lazımdır? İstintaq ölkə Prezidentinin tapşırığı əsasında yaradılmış xüsusi istintaq qrupu formatında fəaliyyət göstərri, intensiv istintaq hərəkətləri aparılır. Birmənalı olaraq bilmək lazımdır ki, onun indi yaydığı videoların istintaqın gedişinə heç bir əhəməiyyəti yoxdur. Amma onu deyə bilərəm ki, mən son məlum müsahibəmlə E.Abdullayevin indiyədək ortaya qoyduğu bütün iddialarının yalan olduğunun, qardaşının heç də kimlərsə tərəfindən deyil, onun özü tərəfindən oğurlanaraq öldürüldüyünü tutarlı mulahizələrimlə və hələ ki, tam açıqlaya bilmədiyim sübutlarımla əsaslanıb ortaya qoymuşam. Hansı ki, mən bütün bu əsaslarımı vəsatət formasında hazırlayaraq istintaq orqnanına da təqdim etmişəm və təmin edilməsi barədə də artıq müvafiq qərar qəbul olunub. Bu qərar həm mənə, həm də müdafiəm altında olan Arzu Kazımova verilmişdir. Digər xüsusatlar ətrafında da istintaq hərəkətləri davam etdirilir. Bəzi məsələlərdə də var ki, istintaq sirridir, o barədə danışmaq istəmirəm. Bilirəm ki, istintaq bu istiqamətdə də olduqca əhəmiyyətli addımlar atıb və yaxın günlərdə bu barədə rəsmi asıqlama veriləcək, bəyanat yayılacaqdır. Bax onda E.Abdullayevin ümumiyətlə, deməyə sözü olmayacaqdır. Hər halda, o, mənim nə demək istədyimi çox gözəl anlamalıdır. Mən ötən müsahibəmdə də demişəm, yenə təkrar edirəm ki, E.Abdullayev Azərbaycanda dövlət quruluşunu dəiyşməyə səy göstərən bəzi qruplarla birlikdə fəaliyyət göstərir, bəyanatlar yayır, istefalar tələb edir. Onların məqsədi Azərbaycanda siyasi itaətsizliyə nail olmaq, ixtaşaşlar yaratmaq, hakimiyyəti təhdid etmək, xalqı hakimiyyətin əleyhinə qaldırmaqdır. Məndə məlumatlar var ki, İsmayıllı, Binə və 26 yanvarda Sahil bağında keçirilən qarışıqlıqlar da məhz E.Abdullayevin maliyyə dəstəyi və qızışdırıcılığı ilə həyata keçirilmişdir. Məqsəd də aydındır ki, gələcəkdə həmin qruplar hakimiyyətə gəlsin, bununla da guya E.Abdullayevin arzu və istəkləri təmin edilsin. Mən bir daha onlara müraciət edirəm. Xüsusən də onun Azərbaycanda müdafiəsini həyata keçirən həmkarım Adil İsmayılova... Adil İsmayılov kifayət qədər savadlı və təmkinli hüquqşünasdır, yüksək təhliletmə qabiliyyətinə malik bir insandır. Hesab edirəm ki, o da qanun çərçivəsində öhdəsinə düşən vəzifəni yerinə yetirir. Başqa cür də ola bilməz. Hər ikimiz vəkil olmaqla qanun çərçivəsində üzərimizə düşən vəzifəni yerinə yetiririk...

- E.Abdullayevin sözçüsünün bu günkü açıqlamasında bildirilir ki, guya sizin bəzi açıqlamalırınız E.Abdullayevi məcbur edir ki, onlar yeni videolar yaysınlar, bununla da A.Kazımov pis vəziyyətə qalmış olur...
- Görünür, mənim sizin qəzetdə dərc olunmuş, sonradan ölkənin bütün KİV-lərində tam şəkildə dərc edilmiş məlum müsahibəm E.Abdullayevi çıxılmaz vəziyyətə salmışdır. Həmçinin mənim istintaq orqanına təqdim etdiyim vəsatətlərim də bu qəbildəndir. Deməli, müsahibəmdə və vəsatətdə qaldırdığım məsələlər o dərəcədə dəqiqdir və təsdiqini tapmışdır ki, E.Abdullayevin daha deməyə sözu qalmamışdır. Mənim müsahibəmdəki onun qardaş qatili olması barədə açıqlamam o dərəcədə əhəmiyyətli əsaslara söykənmişdi ki, o, özünü vəziyyətdən çıxarmaq üçün indi də guya mənim açıqlamalarımın A.Kazımova böyük zərbə vurması şantajını uydurub belə danışır. O bununla da məni əlimdə olan sübutlarımı ortaya qoymaqdan çəkindirmək istəyir. Bəli, o açıqlamalarmdan sarsılmışdır. Ümumiyyətlə, E.Abdullayevin yaydığı videolar və açıqlamalar bir-birini təkzib edir, heç bir hüquqi əhəmiyyət daşımayan məntiqsiz fikirlərdir. Əksinə, həmin videolar və açıqlamalar çarəsiz bir adamın saman çöpündən yapışmasına bənzəyir. Heç hüquqşünas da olmaq lazım deyil ki, həmin videolara baxıb, hüquqi nəticələrə gələsən. Bu da onu göstərir ki, E.Abdullayev ictiamaiyyəti, bütün qohum əqrabalarını və istintaqı aldatmaq yolu tutub. Bu isə o deməkdir ki, o, psixoloji baxımdan sarsıntı içindədir, ciddi həkim müalicəsinə ehtiyacı var. Nə qədər ki, o Fransadadır və istintaq tərəfindən onun həbsi təmin edilməmişdir, o belə təhdidli açıqlamaları və videolarını davam etdirəəkdir. O, Azərbaycandan apardığı çirkli pullar sayəsində hələ ki, Fransada başını girləyir. Hesab edirəm ki, o, tezliklə Azərbaycana ekstradisiya olunmalıdır. Çünki qardaşının ölumundə birbaşa əli olan şəxs qanun və ailə, qohum-əqraba qarşısında cavab verməlidir. Həmçinin qatili olduğu qardaşının övladları qarşısında cavabdehlik daşımalıdır. Allahdan Mahirin ailəsinə və bu ailənin ağsaqqalı olan Şamil Şahməmmədova səbr diləyirəm, möhkəm olsunlar. Çünki hesab edirəm, tezliklə əsl həqiqət üzə çıxacaqdır və onlar bu illərdə çəkdikləri mənəvi əzəbların nə üçün ollduğunu biləcəklər.


- Dediniz ki, sizin ötən məlum açıqlamanızdan sonra bir həftədir qarşı tərəf susur. Bunun əsl səbəbini bilməmiş olmazsınız...

- Təbi ki, məhz sizin qəzetdə dərc olunmuş məlum müsahibəm şok effekti yaratmışdır. Bununla da ölkə ictimaiyyətində E.Abdullayevin məlum açıqlamarında qardışının axtarılması cəhdinin yalan olduğunu sübut etmiş oldum və onun bu istiqamətdə özünümüdafiə cəhdlərini alt-üst etdim. İctimaiyyət bir daha bildi ki, bir müddət özünü zərərçəkən kimi təqdim edən E.Abdullayevin şikayəti əsasında Bakı şəhər Baş Polis İdarəsində adam oğurluğu cinayəti üzrə istintaq edilən həmin cinayət işi sonradan ölümə suiqəsd (adam öldürmə) cinayətinə tövsif edilərək istintaq təyinatı da dəyişmişdir. Və Bakı şəhər Prokurorluğunun icraatına verilmişdir. Deməli, M.Abdullayev E.Abdullayevin iddia etdiyi kimi oğurlanmamış, öldürülmüşdür. Çünki istintaq əlində yetərli məlumat olmasaydı, cinayət işini başqa maddəyə tövsiv etməzdi. Bunu Elşad Abdullayev çox gizəl bilirdi. Elə istintaqın bu yöndə apardığı hərəkətləri biləndən sonra məlum videolarını götürərək Fransaya qaçmış və oradan özünü zərərçəkən kimi təqdim etməyə başlamışdır. Təəssüf ki, “Azadlıq" qəzeti də ilk gündən mənim onlara verdiyim iki müsahibəmi təhrif olunmuş formada təqdim edərək E.Abullayevi çıxılmaz vəziyyətə qoyan açıqlarımı kontekstdən çıxarmış, dərc etmişdi... Axı mən hüquqşünasam və verdiyim açıqlamalarıma məsuliyyət daşıyıram. Qəzetin missiyası əsaslı arqumentləri təqdim etməkdir və tərəfkeşlik nümayiş etdirməməlidir. Necə ola blilər ki, E.Abdullayevin absurd və yalan, böhtan dolu açıqlamalarını verdiyi halda, qəzet mənim kifayət qədər sübutlara söykənən arqumentlərimi dərc etmir? Mən belə tövsiyyə etməzdim. Harda E.Abdullayevə toxunan, onun yalanlarını təkzib edən fikirlərim var idi, hamısını çapdan çıxarmışdılar. Dəfələrlə demişəm, bəzi KİV-lər var ki, obyektivliyi qorumurlar. Bir tərəfə xüsusi rəğbəti nümayiş etdirirlər. E.Abdullayev də təəssüf ki, bu KİV-lərdən tribuna kimi istifadə edir. Təsəvvür edin, mənim açıqlamam o dərəcədə təsirli olmuşdur ki, az qala Azərbaysanda video inqilab olacağını vəd edən E.Abdullayev bir həftədir ki, susur və deməyə söz tapmır. Çünki mən həqiqəti ortaya qoymuşam. Söylədiklərim faktdır, sübuta söykənir. Hətta onlar bir həftədir ki, danışıq qabiliyyətlərini də itiriblər. Guya bunu İsmayıllı hadisəlirinin baş verdiyini, səngiməsini gözlədikləri ilə əlaqələndirmişdilər. Absurd fikirlərdir. Hesab edirəm ki, bü günkü açıqlamaları da düşdükləri şok vəziyyətindən çıxmağa bir cəhddir.


- Bildiyimizə görə sizin istintaqa çox mühüm vəsatətləriniz olmuşdur. Sirr deyilsə, bunlar hansı istiqamətlidir?

- Bəli, mən son 2 gündə istintaqa 2 mühüm vəsatət hazırlayıram. Həmin vəsatətdə olduqca köklü məsələlər qoyulmuşdur. Həmin vəsatətlərin təmin olunması çox vacibdir və inanıram ki, əvvəlkilər kimi təmin ediləcəkdir. Çünki həmin vəsatətlər məlum cinayət işinin istintaqı üçün daha bir mühüm məsələyə aydınlıq gətirəcəkdir. Və son nəticədə Azərbaycanın istintaq orqanları E.Abdullayevin eksradisiyası üçün Fransa hökumətinə təqdimat verəcəkdir.


- Sizin istintaqın E.Abdullayevin zərərçəkmiş kimi tanınması barədə qərarının dəyişdirilməsi haqqında da vəsatətiniz var idi. Həmin vəsatətin taleyi barədə nəsə deyə bilərdinizmi?

- Həmin vəsatətimə dərhal baxıldı və hətta müvafiq qərar də qəbul edilb, mənə, həmçinin müdafiə etdiyim Arzu Kazımova göndərilib, bununla da vəsatətimdə qoyduğum bütün məsələlər təmin edilibdir. Amma bu gün hazırladığım vəsatətlər hazırlıq mərhələsindədir və tezliklə istintaq orqanına təqdim ediləcək.


- E.Abdullayevin zərrəçəkmiş kimi tanınması barədə istintaqın məlum qərarının dəyişdirilib dəyişdirilməməsi istintaq olunan işin istintaq istiqamətininin dəyişdirilməsində mühüm rol oynayır. Bu barədə nə deyə bilərsiniz?

- Təbii ki, məlum vəsatətimdə bir neçə məsələ qoymuşdum. Onların təmin olunması bərədə qərar vardır, lakin bilirsiniz ki, elə məsələ var, onun təmin olunması üçün istintaq zəruri hərəkətlər həyata keçirir, sonra qərar qəbul edir, eləsi də var ki, istintaq dərhal qərar qəbul etmək imkanına malik olur. E.Abdullayevin zərərçəkmiş kimi tanınması barədə istintaqın qərarının dəyişdirilməsi avtomatik olaraq onun təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması deməkdir. Yəni, həbs olunması həyata keçirilməlidir. Mənim həmin qeyd etdiyiniz vəsatətimin mahiyyəti belə idi. Bilirsiniz ki, belə bir qərarın qəbul edilməsi üçün istintaq daha hansı maddi sübutlara və əhəmiyyətli istintaq sübutlarına malik olmalıdır. Bu istiqamətdə də müvafiq işlər görülür, ətraflı danışa bilmirəm, istintaq sirri var... Adətən vəsatət ya qismən təmin olunur, ya da tam şəkildə. Mənim vəsatətim barədə müvafiq qərar qəbul edilərək mərhələli qərarlar qəbul edilibdir. Qanunvericilik belə tələb edir. Mənim bir vəsatətim də A.Kazımovun barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında idi.
“Hesab edirəm ki, tez bir zamanda bu məsələ öz təsdiqini taparaq Elşad Abdullayev istintaqa cəlb ediləcəkdir və o, bununla da Prezidentin tapşırığı ilə yaradılmış Xüsusi İstintaq Komissiyasının fəaliyyətindən bu dəfə olduqca razı qalacaqdır"
Bu vəsatətim bildiyiniz kimi təmin olanmasa da, digərlərinin hamısı təmin olunmuşdur. Bütün vəsattətlərim də Mahir Abdullayevin öldürülməsi barədədir. Təkrar edirəm, hamısı da təmin olunubdur. Hesab edirəm kt, istintaq yaxın vaxtlarda yekun qərara gələcək və Elşad Abdullayevin eksradisiyası ilə bağlı Fransa Ədliyyə Nazirliyinə sənədlər təqdim ediləcək, onun Azərbaycana gətirilməsi təmin ediləcəkdir. Mən sizə E.Abdullaeyevdən fərqli olaraq bir şok məlumatı da deyim ki, Mahir Abdullayevin öldürülməsi məkanı da məlumdur.


- Bu çox ciddi arqumentdir...

- Mən bunu tam məsuliyyətlə deyirəm... Düzdür, gərək indi deməyəydim, amma məcbur etdiniz... Bu öldürülmədə iştirak edən şəxsin özü onun əhatə dairəsi, bu barədə məlumatlı insanların dairəsi tam dəqiqləşdirilir. Hesab edirəm ki, tez bir zamanda bu məsələ öz təsdiqini taparaq Elşad Abdullayev istintaqa cəlb ediləcəkdir və o, bununla da Prezidentin tapşırığı ilə yaradılmış Xüsusi İstintaq Komissiyasının fəaliyyətindən olduqca razı qalacaqdır. Təbii ki, mənim bu məsələləri açıqlamaqda məqsədim və vəkillik fəaliyyətim həqiqətin üzə çıxmasına xidmət edir. İnşallah, bu da tezliklə olacaqdır. Mən Mahir Abdullayevin ailəsinin ötən illərdəki çəkdiyi əzabları başa düşürəm və inanıram ki, ailə bu əzablardan bu mənada tezliklə qurtaracaqdır, 9 ildir öz cinayətlərini başqasının üzərinə atmağa səy göstərmiş və buna görə nə vaxtsa cavab verəcəyini başa düşən, buna görə də gizli videolar çəkib, indi bəzi insanları şantaj etməklə məşğul olan Elşad Abdullayev ədalət mühakiməsinə veriləcəkdir. Bu məqamda onu da deyim ki, müdafiəm altında olan Arzu Kazımov hələ həbs olunmamışdan bir xeyli qabaq qəzetlərin birinə müsahibəsində Elaşd Abdullayevə xitabən demişdi ki, “Əgər əlində mənə Mahirə görə pul verdiyini təsdiq edən videoların varsa, yaymasan kişi deyilsən!". E.Abdullayev həmin videoları hələ ki, yaymır... Yaydıqları isə şantaj və böhtan xarakterlidir. Çox təəssüf ki, Azərbaycanda belə bir şantajla məşğul olan adama dəstək verənlər də var və onlardan biri də təəssüf ki, hüquqşünas Aslan İsmayılovdur. Azərbaycanda siyasi hakimiyyətin dəyişdirilməsinə dair siyasi açıqlamalar verən, istefalar tələb edən Elşad Abdullayevlə həmfikir olan A.İsmayılov vəkillər kollegiyasının sıralarında qala biməz. Və hüquqşünas -vəkil siyasətlə məşğul olmamalıdır. Çünki ən böyük siyasət vəkil üçün elə vəkillikdir. Onun siyasi açıqlamaları istefalar tələb etməsi, Prezident İlham Əliyevin və Ramiz Mehdiyevin istefasını tələb etməsi kimi çıxışları həm də ümumi vəkillik institutuna qarşıdır, ümumi işimizi zərbə altına qoymaqdır, gözdən salmaqdır... Bir sözlə, düşünər ki, nə qədər ki, E.Abdullayev istintaqa cəlb olunmayıb, onun hay-küyünə inanıb siyasi bəyanatlar verənlərin sayı da çox olacaq. Mən buna təəssüflər edirəm...