Elşad Abdullayev qardaşının işində adları keçən şəxslərdən danışdı

elsad-abdullayev-qardasinin-isinde-adlari-kecen-sexslerden-danisdi
Oxunma sayı: 642

“Qafqazinfo” xəbər verir ki, bu açıqlama ilə hazırda Fransada yaşayan, lisenziyası ləğv edilən sabiq ABU rektoru Elşad Abdullayev çıxış edib. O, budəfəki açıqlamasında da bəzi maraqlı mətləblərə aydınlıq gətirib. Belə ki, E. Abdullayev yaydığı videolardan sonra mətbuatın verdiyi şərhlərə münasibətini açıqlayıb.

Onun açıqlamasının davamında belə deyilir:

“Bu gün Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat əllərində olan hakimiyyətdən və puldan maksium istifadə edirlər ki, bu işə Strasburq Məhkəməsində baxılmasının qarşısını necə olur-olsun alsınlar.

Bu cinayətkar tədbirlərdən biri də KİV-lərinə mənimlə əlaqədar sensasiya xarakterli həqiqətə uygun olmayan yalan məlumatlar ötürməkdir . Son zamanlar, cinayətkarların marağına uygun olaraq bəzi qəzetcilər Azərbaycanda adam oğurlugu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilatı gizlətmək məqsədi ilə mətbuatda yalana söykənən sensasiya xarakterli, həqiqətə uyğun olmayan məlumatlar yazırlar . Həqiqətən də, jurnalist qələminə sadiq olan jurnalistlər Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatı obyektiv olaraq ifşa edirlər, hadisələrə qərəzsiz və düzgün yanaşırlar, belə jurnalistlərlə fəxr edirəm, fürsətdən istifadə edib onlara təşəkkür edirəm.

Amma bəzi qəzetçilər xalqı və istintaqı – MİK-nı caşdırmaq məqsədi ilə bizim tərəfimizdən yayılmış 3 videoya hüquqi qiymət vermək əvəzinə Azərbaycanda adam oğurluğu kimi sosial təhlükəli bir cinayəti heç bir əsası olmayan yanlış istiqamətə yönəltməyə cəhd edirlər, bu işlə heç bir əlaqəsi olmayan gah Nəcməddin Sadıqovun, gah Məhərrəm Əliyevin, gah Ziyafət Əsgərovun, gah Eldar Həsənovun, gah Nizami Cəfərovun və s. 30-dan çox adamın haqqında çoxsaylı yalan məlumatlar yayırlar.

Hesab edirəm ki, Müstəqil İstintaq Komissiyası ən aşağısı mənimlə bağlı həqiqətə uyğun olmayan yalan məqalələr yazan məqaqalələri sifariş edənlərin istintaqını aparsa cox asanlıqla yenə də bu cinayət işi açılmış olar. Bir həftə öncə Avropa Birliyi Kommisiyasının rəhbəri Nelle Kroesse Bakıda bəyanat vermişdir ki, Azərbaycanda nə cinayəti icra edənlər, nə də ki, onu sifariş edənlər cinayət məsuliyyətinə cəlb olunmurlar, tam cəzasızliq şəraiti hökm sürür… Bu bəyanat bir neçə gündür ki, bütün dünya KİV-nin diqqət mərkəzindədir.

Halbuki, bir hüquqşünas kimi demək istəyirəm ki, Müstəqil İstintaq Komissiyası yaranana qədər 12 müstəntiq və mənim ücün qardaşım Mahirin oğurluğu cinayəti açıq işdir, hec bir sübuta ehtiyacı olmayan hüquqi aksiomadır. Yalnız bu problemin obyektiv həll olunması ücün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin siyasi iradəsi lazımdır”.