Elşad İsgəndərova ağır itki

elsad-isgenderova-agir-itki
Oxunma sayı: 1374

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, hazırda İslam Konfransı Gənclik Forumunun sədri, fövqəladə və saləhiyyətli səfir Elşad İskəndarovun atası Hüseyn İsgəndərov ötən gecə vəfat edib.

“Qafqazinfo” SalamNews-a istinadən xəbər verir ki, bu gün İstanbulun Halkalı rayonunda yerləşən Zeynəbiyyə məscidində cümə namazından sonra mərhum üçün cənazə namazı qılınacaq. 

Bildirək ki, İslam Konfransı Gənclik Forumu İslam Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərir. Qurumun mərkəzi ofisi İstanbulda yerləşir.